Gələn il Azərbaycanda inflyasiya birrəqəmli olacaq - BVF

17:49 11.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"2023-cü ildə Azərbaycanda inflyasiya birrəqəmli olacaq".

Hafta.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "Dünya İqtisadi Baxış" hesabatının oktyabr sayında bildirilib.

Məlumata görə, 2022-ci ilin sonuna kimi Azərbaycanda inflyasiya 12,5% proqnozlaşdırılıb. 2023-cü ildə isə istehlak qiymətləri indeksi 9%-ə qədər azalacaq.apa